Rüfət Dadaşov erkən fasiləyə yollanmalı olub
Milli komandanın dekabrın 3-dən 5-dək davam edən seleksiya xarakterli təlim-məşq toplanışına çağırılan Rüfət Dadaşov erkən fasiləyə yollanmalı olub. Onun çıxış etdiyi “Kayzerslautern”in II komandası Almaniyada hava şəraitinin çox pis olması səbəbindən oyuna çıxmayıb.

Ümumiyyətlə, güclü qar yağıntısı üzündən Almaniyanın aşağı dəstələrində əksər oyunlar təxirə salınıb. Bu hal Regionalliqanın Cənub-Qərib zonasına da təsirsiz ötüşməyib. Belə ki, bu zonada bütün oyunlar təxirə salınıb.

Hələ qərar açıqlanmasa da, XX turun oyunlarının gələn il keçiriləcəyi gözlənilir. Bu tarix böyük ehtimalla, 8-10 fevral tarixlərini əhatə edəcək.

Qeyd edək ki, Rüfətin komandası fasiləyə VII sırada yollanmalı olub. “Qırmızı şeytanlar”ın aktivində 28 xal var.

Xəbər 815 dəfə oxundu.