Slavişa Stoyanoviç istefaya göndərilib
Sloveniya milli komandasının baş məşqçisi Slavişa Stoyanoviç istefaya göndərilib. Bunun səbəbi DÇ-2014-ün seçmə mərhələsindəki nəticələrin ürəkaçan olmamasıdır. Bu üzdən Sloveniya Futbol Assosiasiyası çalışdırıcı ilə yollarını ayırmağa qərar verib.

Stoyanoviç 2011-ci ildən yığmanın baş məşqçisi idi. Onun rəhbərliyi altında 9 oyun keçirən milli 2 qələbə qazanıb, 2 heç-heçə edib və 5 dəfə uduzub. Yeni baş məşqçinin adı isə bu ilin sonuna kimi açıqlanacaq.

Qeyd edək ki, Topaz Premyer Liqasında çıxış edən “Qəbələ”nin futbolçusu Deyan Kelhar da son vaxtlar Sloveniya yığmasının şərəfini qoruyur.

Xəbər 807 dəfə oxundu.