“Dənizlispor” hec-hecə etdi
Azərbaycan yığmasının sabiq müdafiəçisi Rail Məlikovun çıxış etdiyi “Dənizlispor” bu gün növbəti oyunu keçirib. İdman.com.az saytının məlumatına görə, təmsilçimizin komandası Türkiyə PTT I Liqanın XV turu çərçivəsində “Şanlıurfaspor”un qonağı olub.

Matç 1:1 hesabı ilə başa çatıb. Görüşün 74-cü dəqiqəsində “Dənizlispor” hesabı açsa da, son saniyələrdə üstünlüyünü əldən verib. Start heyətində meydana çıxan Rail isə oyunu əvəzolunmadan keçirib.

Qeyd edək ki, 15 turdan sonra aktivində 18 xalı olan “Dənizlispor” 10-cu yerdə qərarlaşıb.

Xəbər 838 dəfə oxundu.