Türkiyə millisinin yeni baş məşqçisi bilindi
Qadın voleybolçulardan ibarət Türkiyə millisini Massimo Barbolininin çalışdıracağı dəqiqləşib. İdman.com.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hazırda “Qalatasaray”ın baş məşqçisi olan italiyalı mütəxəssis növbəti 4 ildə “ay-ulduzlular”ın sükanı arxasında olacaq. Onunla yeni müqavilənin tezliklə imzalanacağı bildirilir.

Barbolini eyni zamanda klub karyerasını da davam etdirəcək.
Qeyd edək ki, Türkiyə Voleybol Federasiyası braziliyalı baş məşqçi Marko Motta ilə müqaviləni uzatmaqdan imtina etmişdi.

Xəbər 922 dəfə oxundu.