Balotelli Mona Liza qədər dəyərlidir
İngiltərədə «Mançester Siti»nin şərəfini qoruyan Mario Balotellinin meneceri Mino Raiola İtalyan futbolçu barədə maraqlı fiadələr işlədib. İdman.com.az saytı xəbər verir ki, 22 yaşlı oyunçunun adı son zamanlarda İtaliyaya transfer olacağı iddialarına qarışmışdı.

«Milan»ın başçısı Silvio Berluskoni də daha əvvəl açıqlamasında Balotelliylə ciddi şəkildə maraqlandıqlarını və yanvar ayında ulduz oyunçunu transfer etmələrinin bir röya olmadığını söyləmişdi.

Balotellinin meneceri Mino Raiola isə «Balotelli Mona Lisa qədər dəyərlidir. Buna görə İtaliyada onu transfer edəcək gücə sahib kimsə yoxdur», deyərək diqqət çəkdi. Raiola klubun Balotellini buraxmaq istəmədiyini də söyləyib.

Xəbər 1026 dəfə oxundu.