Mira Qoluboviçdən növbəti açıqlama
“Qrupda lider olduğumuz üçün çox xoşbəxtəm. Biz bu uğurumuzu son oyunda da davam etdirməyi hədəfləmişik”. İdman.com.az saytının məlumatına görə, bunu “Rabitə”nin voleybolçusu Mira Qoluboviç deyib.

O Çempionlar Liqasının son turunda Çex Respublikasının “Agel” komandası ilə oyun öncəsi fikrini açıqlayıb. Yarışda maksimum xal qazanan (15) yeganə komandanın kapitanı bildirib ki, qələbə seriyasını sona kimi davam etdirməyi hədəfləyiblər:

“Planlarımıza “Agel”lə oyunda da xal itirmək daxil deyil. Növbəti həftə onlara da qalib gələrək, yüksək əhval-ruhiyyədə mərhələ adlamaq istəyirik. İnanıram ki, bunu bacaracağıq”.

Qeyd edək ki, “Agel” – “Rabitə” oyunu dekabrın 11-də olacaq.

Xəbər 867 dəfə oxundu.