UEFA yeni formatı dəstəklədi
Srağagün İsveçrənin Lozanna şəhərində LUEFA İcraiyyə Komitəsinin toplantısında 2020-ci il Avropa çempionatının bir neçə ölkədə keçirilməsi barədə təklif dəstəklənib və müvafiq plan təsdiqlənib. İdman.com.az saytının məlumatına görə, çempionatın yeni formatına komitənin bütün üzvləri səs veriblər. Bu yarışda nə sayda ölkənin və hansı ölkələrin olması isə hələ bəlli deyil. Bu hüquqa namizəd kimi görünənlər arasında Türkiyənin İstanbul şəhəri də var.

Tədbirdə həmçinin 2014-2015 və 2015-2016-cı illər Çempionlar Liqası finallarının məkanları da təsdiqlənib. Bu mövsümlərin birincisində final Berlinin «Olimpiaştadion»unda, bir il sonrakı həlledici qarşılaşma isə Milan «San Siro»sunda olacaq. Ona qədərsə bumövsümkü final London «Uembli»sində, növbəti mövsümdə isə Lissabon «Da Luj»unda baş tutacaq.

Xəbər 973 dəfə oxundu.