Fernandes ilk dövrəni bitirdi
«Beşikdaş»ın portuqaliyalı yarımmüdafiəçisi Manual Fernandes zədə səbəbiylə çempionatın ilk dövrəsini özü üçün indidən başa vurub.

İdman.com.az saytının məlumatına görə, Fernandes, müalicəsi üçün getdiyi vətənində Portuqaliya millisinin həkimlərinin nəzarətindən keçdi. Portuqaliyalının bir müddət müalicəsini davam etməsinə qərar verilib.

Fernandes beləcə dövrənin qalan 3 turunda «Əskişəhərspor», «Gənclərbirliyi» və «Kayserispor»la matçlarında komandasına kömək edə bilməyəcək. Bundan əlavə, o, Türkiyə Kubokunda 2 oyunu da qaçıracaq.

Xəbər 920 dəfə oxundu.