Messi «Qalatasaray»ı gözləyir
İspan «Barselona»sının argentinalı ulduzu Lionel Messi Çempionlar Liqasında Türkiyə komandası ilə qarşılaşmalarının mümkün olduğunu nəzərə alaraq, «Qalatasaray» ildən-ilə böyüyən bir komandadı» deyib.

İdman.com.az saytının məlumatına görə, Messi, Nou Kampdakı mətbuat konfransında ona türk futbolu və «sarı-qırmızılar» barədə sual keriləndə bunları deyib:

««Qalatasaray» ilə oynamaq ehtimalımız var. Daha irəliyə gedə bilərik və bəlkə də növbəti mərhələlərin birində qarşılaşdıq».

Turrk futbolçulardan Arda Turan və Emrə Belözoğludan danışan Messi Türkiyədən dünya səviyyəsində tanınmağa başlayan, İspaniyada da formasını geyindikləri komandada əhəmiyyətli rol oynayan futbolçuların olduğunu deyib.

Xəbər 1039 dəfə oxundu.