“Qarabağ” liderliyi ələ keçirdi
Bu gün Topaz Premyer Liqasında XVI tura start verilib. İdman.com.az saytının məlumatına görə, 4 gün davam edəcək turun ilk günündə 1 qarşılaşma baş tutub

Həmin qarşılaşma da çempionatın liderini dəyişib. Belə ki, çempionatın autsayderi “Kəpəz”i qəbul edən “Qarabağ” qalib gəlməklə ən azı 2 günlük zirvəyə yiyələnib.

Ağdam təmsilçisi buna ilk hissədə vurulan 2 qolla yaxınlaşıb. Fasilədən sonra hesabı 3:0 çatdıran meydan sahibləri hətta darmadağına da yaxın olublar. Lakin gəncəlilər sonda təsəlli qoluna imza ata bilib.

Xəbər 968 dəfə oxundu.