Ronaldinyo dünyanın ən yaxşı futbolçusu ilə bağlı fikirlərini açıqlayıb
Braziliyanın “Atletiko Mineyro” klubunun yarımmüdafiəçisi, bir vaxtlar “Barselona”da da oynayan Ronaldinyo dünyanın ən yaxşı futbolçusu ilə bağlı fikirlərini açıqlayıb.

Braziliya mətbuatına müsahibəsində o deyib ki, Messinin planetin ən güclü oyunçusu sayır.

“Messi dünyada birnömrədir. Mən onun “Barselona”dakı ilk vaxtlarını xatırlayıram. O, birinci qolu məhz mənim ötürməmdən sonra vurmuşdu. Hazırda onun dünya futbolunda tayı-bərabəri yoxdur” – deyə Ronaldinyo bildirib.

Xatırladaq ki, argentinalı Messi, ispan Andres İnyesta və portuqaliyalı Kriştiano Ronaldo “Qızıl top” mükafatına namizəddir.

Xəbər 919 dəfə oxundu.