Mahmud Qurbanov Quy Feutşinin xidmətindən yararlana bilməyəcək
“Qarabağ”a qarşı oyunda “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Quy Feutşinin xidmətindən yararlana bilməyəcək. Feutşin sarı vərəqə limiti üzündən cəzalı duruma düşüb. Bununla belə, “Kəpəz”ə meydanda kömək edə bilməsə də, kamerunlu futbolçu komanda yoldaşları ilə birgə səfər oyununa çıxmağı özünə borc bilib.

Qeyd edək ki, artıq uzun müddətdir ki, hər tur öncəsi cəzalı və zədəli futbolçuların olması səbəbindən “Kəpəz”in məşqçilər korpusu istədiyi heyəti meydana buraxa bilmir. Bundan əvvəlki turda Nikolay Svejintsev cəza, Xəyal Zeynalov isə zədə üzündən “Turan”la matçı buraxmışdı.

Xəbər 845 dəfə oxundu.