“Neftçi” “İnter”lə oyununda heç-heçə etməklə UEFA əmsalını artırıb
Azərbaycan çempionu “Neftçi” Avropa Liqasının qrup mərhələsinin “İnter”lə oyununda heç-heçə etməklə UEFA əmsalını artırıb. İtaliya təmsilçisi ilə Milandakı 2:2 hesablı bərabərlik ”ağ-qaralar”a 1,050 xal gətirib.

2012/13 mövsümündə qazandığı 2,550 xalı artıq 3,600-ə çatdıran Böyükağa Hacıyevin yetirmələri bu göstərici ilə Avropada 77-cidir. Cari mövsüm qitə arenasına çıxan 237 klub arasında olan digər 3 təmsilçimiz xeyli geridə qalır.

77. “Neftçi” – 3,6000
164. “Xəzər Lənkəran” – 1,1000
164. “İnter” – 1,1000
176. “Bakı” – 0,8500

Qeyd edək ki, siyahıya Almaniya “Borussiya”sı başçılıq edir – 21,6714 xal.

Xəbər 853 dəfə oxundu.