Klubların UEFA reytinqində dəyişikliklər olub
Klubların UEFA reytinqində dəyişikliklər olub.Çempionlar Liqası və Avropa Liqasında qrup mərhələsinin sonuncu - VI turunda baş tutan oyunlar klubların xal hesabını dəyişib.

Azərbaycan çempionu “Neftçi”nin Milanda “İnter”lə heç-heçə etməsi bütün klublarımız üçün faydalı olub. Belə ki, hər komandamız bu heç-heçədən 0,050 xal əldə edib. Bu, ölkə reytinqinə gələn 0,250 xalın 20 faizinin klubların hesabına əlavə edilməsi sayəsində mümkün olub.

Qrup mərhələsindən 2 xaldan artıq yığması isə “Neftçi”nin öz işinə yarayıb. Belə ki, “ağ-qaralar” 3-cü heç-heçəsinə görə əlavə 1 xal da qazanıb. 1 oyundan 1,050 xal toplayan çempion bununla da “Qarabağ”a çatıb. Ölkəmizin 2 ən güclü komandası Avropada 226-cı yerə şərikdir.

226. “Qarabağ” – 5,708
226. “Neftçi” – 5,708
267. “Bakı” – 3,958
291. “İnter” – 3,458
318. “Xəzər Lənkəran” – 2,958
365. AZAL – 1,958
365. “Simurq” – 1,958

Xəbər 909 dəfə oxundu.