“Zenit” İngiltərə Premyer Liqasında top qovan futbolçu ilə maraqlanır
Rusiyanın varlı klublarından olan “Zenit” İngiltərə Premyer Liqasında top qovan futbolçu ilə maraqlanır. Peterburq təmsilçisi “Everton”un 24 yaşlı yarımmüdafiəçisi Maruan Fellainiyə 24 milyon funt-sterlinq verməyə hazırdır.

Qeyd edək ki, ingilis qəzetlərinin yazdığına görə, Liverpul təmsilçisinin rəhbərliyi göndərilən təklifi dəyərləndirib və yaxın günlərdə cavab verəcək.

Xəbər 833 dəfə oxundu.