“Viktoriya” - “Atletiko” matçında azarkeşlər maraqlı hadisəyə şahidlik edib
Avropa Liqasının B qrupunun sonuncu oyun günündə “Viktoriya” - “Atletiko” matçında azarkeşlər maraqlı hadisəyə şahidlik edib. Hesabda geri olan Madrid təmsilçisinin futbolçusu Dieqo Kosta matçın 90-cı dəqiqəsində rəqib oyunçuya başla güclü zərbə endirib.

Görüşün baş hakimi isə futbolçuya yaraşmayan bu hərəkətdən sonra braziliyalıya qırmızı vərəqə göstərərək onu meydandan qovub.

Qeyd edək ki, Dieqo ötən tur Madrid derbisində “Real”ın müdafiəçisi Serxio Ramosu da yumruqla vurmuşdur. Lakin qarşılaşmanın referisi Kostanın bu hərəkətini görməmişdir.

Xəbər 1262 dəfə oxundu.