Qələbəyə bərabər məğlubiyyət
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının V turuna yekun vurulub. İdman.com.az saytının məlumatına görə, son oyun günündə “Lokomotiv” Moskva “Dinamo”sunun qonağı olub. Görüşün təmsilçimiz üçün gərgin alınacağı əvvvəlcədən gözlənilirdi. Çünki Bakıda 1:3 hesabı ilə uduzan rusiyalılar doğma divarlar arasında bunun revanşını almağı planlaşdırırsılar.

Matçın gedişi bunu göstərib. Amma məğlubiyyətə “Lokomotiv”in öz günahı, arxayınlaşması səbəb olub. Hər halda, komandamız Rusiyadan 1 xalla qayıda bilib.
Bu oyundan sonra “dəmiryolçular”ın hesabinda 11 xal var və Bakı klubu pley-offa vəsiqə qazanıb.

“F” qrupu
6 dekabr

“Dinamo” (Rusiya, Moskva) - “Lokomotiv” (Azərbaycan) - 3:2 (22:25, 21:25, 25:14, 25:22, 15:12)

Xəbər 948 dəfə oxundu.