“Qalatasaray”ın rəqibi bilindi
Türkiyə kubokunda 5-ci turun püşkü atılıb. İdman.com.az saytının məlumatına görə, bir oyundan ibarət olan qarşılaşmalar 3 gün ərzində keçiriləcək. Bu turnirin son qalibi “Fənərbağça” öz meydanında “Göztəpə” ilə münasibətlərinə aydınlıq gətirəcək.

“Sarı-bülbüllər”in əzəli rəqibi olan “Qalatasaray” isə “Türk Telekom Arena”da “1461 Trabzon”la üz-üzə gələcək.

Qeyd edək ki, burada qalib gələn 8 komanda daha sonra qrup mərhələsində mübarizə aparacaq. İlk oyunlara isə dekabrın 11-də start veriləcək.

“Gənclərbirliyi” – “Mersin İdmanyurdu”
“Qasımpaşa” – “Trabzonspor”
“Altay” – “Bursaspor”
“Qaziantəpspor” – “Sivasspor”
“Əskişəhərspor” – “Qarabükspor”
“Antalyaspor” – “Beşikdaş”


Xəbər 786 dəfə oxundu.