Köhnə-təzə rəqiblər
Futzal üzrə Avropa çempionatının təsnifat və seçmə mərhələsinin dekabrın 4-də atılan püşkü Azərbaycan millisinin rəqiblərinin adına aydınlıq gətirib. İdman.com.az saytının məlumatına görə, Joze Alesionun yetirmələri yer aldıqları B qrupunda özünə tanış olmayan komandalarla düşüb.

Belə ki, millimiz gələn ilin martında Slovakiyada üz-üzə gələcəyi komandalardan yalnız biri ilə görüşüb. Bu da uzaq 1995-ci ildə olub. Bir də 18 ildən sonra yığmamızla yolları kəsişəcək Slovakiya millisi ilə DÇ-1996-nın seçmə mərhələsinin Hollandiyanın Enshede şəhərindəki matçda Slovakiya qalib gəlmişdi – 2:0. Bu görüş 1995-ci il oktyabrın 27-də baş tutmuşdu.

Gələn il meydan sahiblərindən qisas almağa çalışacaq yığmamız digər rəqibi Bosniya və Herseqovina ilə indiyədək görüşməyib. Elə təsnifat mərhələsindən gələn komanda da millimizə yad rəqib olacaq. Çünki qalibi millimizə rəqib olacaq təsnifat mərhələsinin F qrupunda Albaniya, Norveç, İsveçrə, Danimarka yer alıblar. Bu komandaların da heç biri indiyədək yığmamızla görüşməyib.

Xəbər 889 dəfə oxundu.