Foqtsun köməkçisi də Milana yollandı
Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi Nazim Süleymanov İtaliyaya ezam olunub. İdman.com.az saytının məlumatına görə, mütəxəssis Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "İnter" (İtaliya) - "Neftçi" oyununu izləyəcək. Bu matç dekabrın 6-da İtaliyanın Milan şəhərində baş tutacaq.

Xəbər 810 dəfə oxundu.