Danışılmış oyunlar harada çox olur | |
Dünyanın oyunlarda idman prinsiplərinə nəzarət edən aparıcı agentliklərdən biri olan «Sportradar» 400-dən artıq bukmeker kontorunun məlumatlarına əsasən, Avropanın ən rüşvətxor futbol ölkələrinin reytinqini tərtib edib. Son 3 ildə 97 danışılmış oyununun olması hesablanan Albaniya bu sahədə liderdir. İdman.com.az saytının məlumatına görə, İtaliya çempionatı 70 oyunla ikinci yerdədir. Bunlardan 36-sı «A» Seriyaya aiddir. Moldova üçün bu rəqəm 66-dır. İlk onluğa həmçinin Estoniya (46), Yunanıstan (45), Rusiya (42), Makedoniya (37), Bolqarıstan (35), Latviya və Litva (31) tuturlar. Son pillələrdə Belçika (1), Fransa (2) və Niderlanddıır (2). |
|
Xəbər 1143 dəfə oxundu. |
|
|