Samboçu çempionlar bəlli oldular
Şağan Olimpiya İdman Kompleksində sambo üzrə Bakı şəhəri açıq çempionatı keçirilib. İdman.com.az saytının məlumatına görə, yarışda 52 kq çəki dərəcəsində Elmin Babayev («Neftçi» İSM), 57 kq-da Yusif Kərimov («Zenit»), 62 kq-da Əli Şeydayev («Neftçi» İSM), 68 kq-da Elgiz Salahov («Neftçi» İSM), 74 kq-da Zülfüqar Quliyev («Pəhləvan»), 82 kq-da Ruslan Sadıqlı («Pəhləvan»), 90 kq-da Azad Zahidov (DİN İC), 100 kq-da Etibar Teymurov («Neftçi» İSM.), +100 kq-da Vüqar Əzizov («Neftçi» İSM) qalib olublar.

Xəbər 1862 dəfə oxundu.