Daşkənd qran-prisində
Özbəkistan Şahmat Federasiyasının paytaxtında Beynəlxalq Şahmat Federasiyasının (FİDE) qran-pri yarışlarının ikinci mərhələsi keçirilir. Daşkənd yarışında Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov iştirak edir. Şəhriyar mübarizəyə ardıcıl iki heç-heçə ilə başlayıb.

Şahmatçımız ilk turlarda özbəkistanlı Rüstəm Qasımcanov və macar Peter Leko ilə xal bölüb. 3-cü turda rusiyalı Pyotr Svidlerə qalib gələn Şəhriyar, sonradan yenə heç-heçələri sıralayıb. O, ardıcıl olaraq rusiyalı Aleksandr Morozeviç, italiyalı Fabiano Karuana, israilli Boris Gelfand, amerikalı Qata Kamski, ukraynalı Ruslan Ponomaryov və kubalı Lenye Domingeslə sülh bağlayıb.

İdman.com.az saytının məlumatına görə, 9 turdan sonra turnir cədvəlinə 5,5 xalla rusiyalı Sergey Karyakin başçılıq edir. 6 şahmatçının, o cümlədən Şəhriyar Məmmədyarovun hərəyə 5 xalı var.

Xəbər 1038 dəfə oxundu.