Gənclər və idman naziri Azad Rəhimov İraqda səfərdə olub

İraq Respublikası Gənclər və İdman Nazirliyinin dəvətinə əsasən, Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 1-2-də həmin ölkədə səfərdə olub.
Qeyd edək ki, hələ 2008-ci ildə İraq Respublikasının gənclər və idman naziri Casim Məhəmməd Cəfərin Bakıya səfəri zamanı Azərbaycan və İraq gənclər və idman nazirlikləri arasında əməkdaşlığa dair niyyət protokolu imzalanmışdı. İki ölkə arasında əməkdaşlığı hüquqi bazasının yaradılması üçün gələcəkdə anlaşma memorandumunun imzalanması üçün qarşılıqlı razılıq əldə olunmuş və hər iki ölkənin müvafiq orqanları ilə razılaşdırılmışdır.
Səfər çərçivəsində dekabrın 1-də iki ölkənin nazirlikləri arasında gənclər və idman sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.


Xəbər 1404 dəfə oxundu.