Mourinyo gələn mövsüm “Real”ı çalışdırmayacaq
Mourinyo gələn mövsüm “Real”ı çalışdırmayacaq. Bu haqda portuqaliyalı mütəxəssislə “Kral klubu”nun prezidenti Florentino Peres arasında razılıq əldə olunduğu bildirilir. Peres hesab edir ki, Mourinyo verdiyi qalmaqallı açıqlamalarla sanki intihar edir.
“Real” İspaniya Primerosunun XIV turundan sonra 29 xalla üçüncü pillədə qərarlaşıb. Madrid təmsilçisi əzəli rəqibi olan lider “Barselona”dan 11 xal geri qalır.

Xəbər 821 dəfə oxundu.