“Turan” Andrey Popoviçin xidmətindən imtina edilib
Son günlərin uğurlu komandası “Turan” Andrey Popoviçin xidmətindən imtina edilib. Qolkiper Tovuz klubunun daxili nizam-intizam qaydalarını sistematik şəkildə pozduğuna görə komandadan uzaqlaşdırılıb.
Bu, Azərbaycan Kubokunun “Xəzər Lənkəran”la 1/8 final matçından sonra baş verib. Buna görə də qapıçının adı dünən baş tutan “Turan” – “Kəpəz” oyunununun (5:1) protokoluna salınmayıb.
Qeyd edək ki, müqavilə ilə “Bakı” klubuna məxsus olan Popoviç icarə əsasında “Turan”ın formasını geyinirdi.
futbol11.az

Xəbər 768 dəfə oxundu.