Parisdə 1 taekvondoçumuz fərqləndi
Fransanın paytaxtında 8-ci beynəlxalq Paris turnirində iştirak edən taekvondoçularımız 1 qızıl medal qazanıblar.

Olimpiya çəki dərəcələrində gənclər arasında yarışda 5 idmançımızdan Səid Quliyev (- 73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

5 döyüş keçirən taekvondoçumuz finalda yerli idmançıya qalib gəlib.

Elnur Məhərrəmov (+ 73 kq), Ayxan Tağızadə (- 63 kq) və Babək Əjdərli (- 48 kq) mübarizəni bürünc medalın bir addımlığında başa vurublar.

Xəbər 1058 dəfə oxundu.