Sərbəst güləşçilər Mahaçqalada 3 bürünc qazandı
Mahaçqalada beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir başa çatıb. İdman.con az saytının məlumatına görə, yarışda çıxış edən sərbəst güləş üzrə milli komandamız rəqabətdə 3 bürünc medal qazanıblar.

Baş məşqçi Seypulla Absəidovun başçılığı ilə mübarizə aparan yığma üzvlərindən Əhmədnəbi Qvarzatilov (60 kq), Hacı Əlicanov (96 kq) və Əli İsayev (120 kq) uğurla çıxış edib. Hər üç təmsilçimiz turniri bürünc medalla başa vurub.

Xəbər 1025 dəfə oxundu.