“Bakı” və “Qarabağ”dan vacib qələbə
Bu gün Topaz Premyer Liqasında XV tura start verilib. İdman.com.az saytının məlumatına görə, turun bütün görüşləri 1 gündə baş tutmalı idi. Lakin “Xəzər Lənkəran” və AzAL arasında qarşılaşma başa çatmayıb. Belə ki, qatı duman üzündən 54-cü dəqiqədə hesab 1:1 olarkən dayandırılana görüş sabah davam etdiriləcək.

Turun ən məhsuldar oyunu Qərb derbisi olub. “Turan” öz meydanında “Kəpəz”i 5:1 hesabı ilə darmadağın edib. Bu oyunda mövsümün ilk het-triki qeydə alınıb. Salif Ballo qonaqların qənimi olub.

Eyni vaxtda başlayan görüşlərdə isə qonaqlar qalib gəlib. “Bakı” səfərdə “Qəbələ”ni 2, “Simurq” isə “Sumqayıt”ı 1 qolla məğlub edib. Bu qələbə Zaqatala təmsilçisinə liderliyini qorumaq imkanı yaradıb.

Onların zirvədəki şəriki “İnter” isə “Rəvan”ı öz meydanında 2 qolla məğlub edib və top fərqinə əsasən 1-ci olub. Günün son matçı isə “Neftçi” və “Qarabağ” arasında Azərbaycan derbisi olub. Matçın əvvəlində hesabı açan Ağdam təmsilçisi minimal üstünlüyünü qarşılaşmanın sonuna kimi saxlaya bilib. Bu qələbə “Qarabağ”ı 3-cü pilləyə yüksəldib.

Topaz Premyer Liqası. XV tur
2 dekabr

“Qəbələ” – “Bakı” - 0:2
Qol: Xavyer Junior, 54, Nuran Novruzov, 83
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Namiq Hüseynov, Orxan Məmmədov
Qəbələ. Şəhər stadionu

“Sumqayıt” – “Simurq” - 0:1
Qol: Stepan Polyak, 44
Hakimlər: Elvin Əsgərov, Azər Əsgərov, Nahid Əliyev, İnqilab Məmmədov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

“Turan” – “Kəpəz” - 5:1
Qol: Salif Ballo, 2; 19; 58; Fərid Quliyev, 44; Ender Günlü, 72 // Aleksandr Kurtskeviç, 52 (öz qapısına)
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Rahil Ramazanov, Ramil Diniyev
Tovuz. Şəhər stadionu

“İnter” – “Rəvan” - 2:0
Qol: Baçana Sxadadze, 51-p., Samir Zərgərov, 90+2
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ömər Paşayev
Bakı. “Şəfa” stadionu

“Xəzər Lənkəran” – AzAL - 1:1 (oyun 54-cü dəqiqədə dayandırlaraq təxirə salınıb)
Qol: Branimir Subaşiç, 22 - Ruslan Tağızadə, 11
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Elşən Acalov, Feyzulla Feyzullayev
Lənkəran. Şəhər stadionu

“Neftçi” – “Qarabağ” - 0:1
Qol: Vüqar Nadirov, 12
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Ramiz Əsədov, Rauf Cababrov
Bakı. 8-ci kilometr qəsəbə stadionu

Xəbər 942 dəfə oxundu.