«Neftçi»nin mübarizə apardığı turnir ləğv olunacaq
UEFA prezidenti Mişel Platini Çempionlar Liqasında mümkün islahatlardan danışıb. Onun sözlərinə görə, 2014-cü ilədək heç bir qərar qəbul edilməyəcək. Planlar isə 2015-2018-ci illəri əhatə edir.

Həmin dövrdə mümkün olan dəyişiklik variantlarından biri Avropa Liqasının ləğvi və Çempionlar Liqasının iştirakçılarının sayının 32-dən 64-ə yüksəldilməsidir.

İdman.com.az saytı xəbər verir ki, Platini Avropa top-klublarının öz turnirlərini təşkil edərək, Çempionlar Liqasına alternativ yaratmaq istəklərini də şərh edib: «Bu mövzu məni az narahat edir. UEFA heç vaxt belə addım atmayacaq. Belə turnirin UEFA-dan kənar necə mövcud ola biləcəyini görmürəm. Hansı stadionlarda oynayacaqlar? Oyunları kim idarə edəcək? Suallar çoxdur. Belə turnirin faydası da görünmür».

Qeyd edək ki, hazırda Avroliqada Azərbaycan klublarından yalnız «Neftçi» çıxış edir. Bununla «ağ-qaralar» ölkə futbolu tarixində ilkə nail olublar.

Xəbər 842 dəfə oxundu.