Radamel Falkao yanvar ayında komandadan ayrılacaq
La Liqada mübarizə aparan “Atletiko”nun formasını geyinən Radamel Falkao yanvar ayında komandadan ayrılacaq. Bu haqda klub prezidenti Enrike Karezo açıqlama verib:
“Radamel komandadan ayrılıb başqa ölkələrdə forma geyinmək istəyir. Ona haqq qazandırıram. Böyük ehtimalla Falkao yanvar ayında komandadan gedəcək”.
Qeyd edək ki, kolumbiyalı futbolçunun Madrid təmsilçiləri ilə olan müqaviləsi 2016-cı ildə başa çatacaq.

Xəbər 907 dəfə oxundu.