“Qarabağ” “ağ-qaralar”la oyuna hazırlaşır
“Qarabağ” komandası “Neftçi” ilə oyunun hazırlıqlarına başlayıb. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Topaz Premyer Liqasının XV turu çərçivəsində “ağ-qara”ların qonağı olacaq komanda “Kəpəz”lə ölkə kubokunun qarşılaşmasından dönər-dönməz məşqlərə start verib.

Bir gün öncə Suraxanı qəsəbə stadionunda yeganə çalışma ilə kifayətlənən Ağdam təmsilçisi bu gün axşam artıq toplanışa yığışacaq.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” görüşü dekabrın 2-də saat 18:00-da 8-ci km qəsəbəsində keçiriləcək.

Xəbər 1056 dəfə oxundu.