Georgi Haci oğlunun “Fənər”də oynamasına qarşı deyil
“Qalatasaray”ın əfsanəvi 10 nömrəsi Georgi Haci oğlu İanisin “Fənərbağça”da oynamasına qarşı çıxmayacaq. Bu barədə rumın əfsanə özü açıqlama verib.

“Four Four Two” dərgisinə danışan Haci oğlunun seçiminə qarışmayacağını bildirib: “Mənim taleyim belə yazıldı və Türkiyədə sadəcə “Qalatasaray”ın formasını geyindim. Amma bir gün oğlum İanis “Fənərbağça”da oynamaq istədiyini desə, onu dayandırmayacağam”.

Qeyd edək ki, Hacinin 15 yaşlı oğlu istedadı ilə artıq bir müddətdi ki, mətbuatın gündəmindədi.

Xəbər 1028 dəfə oxundu.