«Böyük Fil» milli komandaya qayıtdı
Braziliya Futbol Federasiyası ölkə millisinin baş məşqçi vəzifəsinə 64 yaşlı mütəxxəsis Luis Felipe Skolarinin təyin edilməsini təsdiqləyib.

İdman.com.az saytının məlumatına görə, yığmanın əvvəlki məşqçisi Mano Menezes noyabrın 23-də istefaya göndərilmişdi. Azarkeşlər Menezesin işini sərt tənqid edirdilər. Onlar yığmadan istədikləri tamaşalı oyunu görmürdülər.

İndi ev mundialında ümid Skolariyədir. «Çelsi»nin və «Palmeyras»ının keçmiş baş məşqçisi daha öncə Braziliya seçməsi ilə çalışıb və komandanı 2002-ci ildə Yaponiya və Cənubi Koreyada dünya çempionluğuna ucaldıb.

Xəbər 919 dəfə oxundu.