“Bakı” iki futbolçusu ilə bağlı qərar verib
“Bakı” iki futbolçusu ilə bağlı qərar verib. Mantzios Evangelos və Leandro Beçerra komandada qalmayacaq.
Bu futbolçular bir müddət əvvəl əvəzedici komandaya göndərilib. Paytaxt klubu qış fasiləsində yunan forvard və argentinalı yarımmüdafiəçinin müqaviləsinə xitam verəcək.
Qeyd edək ki, hər iki futbolçu “Bakı”ya bu il gəlib. Evangelos Yunanıstanın OFİ, Beçerra isə “PAS Giannina” klubundan transfer olunub.

Xəbər 774 dəfə oxundu.