“Əczaçıbaşı” Türkiyə kubokunun 1/4 finalına yüksəlib | |
Çempionlar Liqasının qrup mərhələsində “Azərreyl”in rəqibi “Əczaçıbaşı” Türkiyə kubokunun 1/4 finalına yüksəlib. İstanbullular buna “Beşiktaş Bahçeşehir Universiteti”nə qalib gəlməklə nail olublar. Belə ki, ilk seti 25:14 hesabı ilə qazanan “Əczaçıbaşı” ikinci setdə 25:22 hesablı qələbəyə sevinib. Ardınca 25:27 hesabı ilə uduzan rəqibimiz 4-cü seti 25:15 hesabı ilə aktivinə yazıb. Qeyd edək ki, “Əczaçıbaşı” dekabrın 6-da “Azərreyl”lə oynayacaq. |
|
Xəbər 889 dəfə oxundu. |
|
|