Sabah qadın voleybolçular arasında Super Liqanın VI turunun oyunları keçiriləcək
Sabah qadın voleybolçular arasında Super Liqanın VI turunun oyunları keçiriləcək. Voleybol Mərkəzində baş tutacaq turun mərkəzi matçında “Lokomotiv” “Azərreyl”lə gücünü yoxlayacaq.

“Dəmiryolçular”ın duelində ikincilər favorit hesab olunsalar da, birincilərin də qalib gəlməsi mümkündür. Çünki hesabat turunda “İqtisadçı”ya uduzan Cuzeppe Kuçarininin yetirmələri məğlubiyyəti unudub, Çempionlar Liqasının V turunda inamla oynamaq arzusundadırlar. Bundan əlavə, “Lokomotiv” yenə xal qazana bilməyəcəyi halda liderlərdən çox geri düşəcək.

Amma “Azərreyl” də qələbə qazanmaqla, ən pis halda 2-ci mövqeyi əldən vermək fikrində deyil. Çünki əzəli rəqibi “Rabitə”yə qalib gəlmək komandada yaxşı ab-hava yaradıb. Bunun üçün görüşün həlledici setə kimi davam etməsi istisna deyil.

Tura isə “Rabitə” – “Lokomotiv Biləcəri” matçı ilə start veriləcək. Son Azərbaycan çempionunun qarşılaşmada 1 set belə itirməsi inandırıcı deyil. Çünki Biləcəri təmsilçisi yarandığı 2 ildə hələ xal belə qazana bilməyib.

Günün son qarşılaşması da xüsusi maraq doğuracaq. Çünki bu oyunda CEV kubokun 1/8 finalında “Omiçka”ya uduzmuş “İqtisadçı” 1/4 finalda rusiyalılarla qüvvəsini sınayacaq “Bakı-Azəryol”la münasibətinə aydınlıq gətirəcək. Qarşılaşmada lider olan universitet komandasının qələbəsi proqnozlaşdırılır. Çünki avrokubokla vidalaşan “İqtisadçı” artıq rəqibindən fərqli bütün gücünü Super Liqaya qoyacaq.


I DÖVRƏ
VI tur

30 noyabr
15:00. RABİTƏ – LOKOMOTİV BİLƏCƏRİ
Hakimlər: Murad Abdurəhmanzadə, Səbuhi Əliyev
Xətt hakimləri: Samir Nəbiyev, Fuad Hacıyev, Emil Abdullayev, Emil Əmirxanlı

17:00. LOKOMOTİV – AZƏRREYL
Hakimlər: Eldar Zülfüqarov, Konstantin Selin
Xətt hakimləri: İftixar Abdullayev, Rüstəm Cəfərov, Fuad Ağayev, Zaur Hacıyev

19:00. BAKI-AZƏRYOL – İQTİSADÇI
Hakimlər: Vüqar Cəfərov, Ceyhun İsmayılov
Xətt hakimləri: Cəlil Cəlilov, Təranə Bəylərova, Ruhid Xəlilov, Fuad Əliyev

Xəbər 1010 dəfə oxundu.