21 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi püşkü atılıb
21 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi püşkü atılıb. Gələn il İsraildə baş tutacaq yarışın 8 iştirakçısı 2 qrupa bölünüb.

Meydan sahibləri, İngiltərə, Norveç və İtaliya milliləri A qrupunda yer alıb. Bu 4 komandadan ikisi – İngiltərə və Norveç seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda mübarizə apararaq mərhələ adlamışdı. B qrupunda isə son çempion İspaniya, Hollandiya, Rusiya və Almaniya mübarizə aparacaq.

Qeyd edək ki, AVRO-2013 gələn il iyunun 5-18-də keçiriləcək.

Xəbər 900 dəfə oxundu.