“Qalatasaray” – “Qaziantepspor” matçı Fatih Terim üçün xüsusi əhəmiyyət kəsb edir
Türkiyə Superliqasının XIV həftəsində keçiriləcək “Qalatasaray” – “Qaziantepspor” matçı Fatih Terim üçün xüsusi əhəmiyyət kəsb edir. “İmperator” noyabrın 30-da “sarı-qırmızılılar”la birgə 250-ci matçına çıxacaq.
Türkiyədə “Qalatasaray” 18 çempionluğunun 5-ni Terimin başçılığı altında qazanıb. Bugünə qədər 249 matçda 162 dəfə qələbə qazanan, 57 bərabərlik əldə edən və 30 dəfə meydandan məğlub ayrılan Terim Superliqada 555 dəfə qol sevincini yaşayıb. Komandasının qapısında 234 qol görüb. Bundan əlavə Terimin başçılığı ilə meydana çıxan “Qalatasaray” 98 matçda qapısında qol görməyib.
Qeyd edək ki, “Qalatasaray” – “Qaziantepspor” matçı 30 noyabrda, Bakı vaxtılə 22:00-da başlayacaq. Oyun “Türk Telekom Arena”da keçiriləcək.

Xəbər 1143 dəfə oxundu.