Kişi hokkeyçilərimizdən növbəti qələbə
Azərbaycan millisi Qətər paytaxtı Dohada Dünya Otüstü Hokkey Liqasında ikinci oyununu keçirib. İdman.com.az saytının məlumatına görə, ilk görüşündə ev sahiblərinə qalib gələn komandamız bu dəfə Türkiyə yığması ilə qarşılaşıb.

Oyun hokkeyçilərimizin darmadağını ilə yekunlaşıb – 4:0. Millimizin qolları Əli Qəzənfər (2), Səlim Xalid və Tariq Əzizin aktivindədir.

5 yığmanın mübarizə apardığı yarışın digər cütündə Qətər Omana 4:3 hesabı ilə qalib gəlib. Beləliklə, II turdan sonra turnir cədvəlinə Azərbaycan hokkeyçiləri başçılıq edirlər.

Qeyd edək ki, yarışın II mərhələsinə yalnız qrup qalibi vəsiqə qazanacaq. Təmsilçimiz növbəti görüşünü dekabrın 1-də Omana qarşı keçirəcək.

Xəbər 1098 dəfə oxundu.