Avrokubokların formatında dəyişiklik ola bilər
Avrokubokların formatında dəyişiklik ola bilər. Azərbaycanın da ən güclü təmsilçiləri ilə qatıldığı Çempionlar Liqası və Avropa Liqası 2012-ci ildən fərqli formada keçirilməsi mümkündür.

Bunu UEFA-nın prezidenti Mişekl Platini açıqlayıb. O bildirib ki, 2015-18-ci illərdə avrokubokların necə keçiriləcəyi hələ müəyyənləşməyib. Bir sıra yenilikləri də müzakirə edən qurum qeyri-müəyyənliyə yalnız 2014-cü ildə son qoyub, bununla bağlı yekun qərarını verəcək.

Qeyd edək ki, müzakirə edilən yeniliklərdən biri kimi Avropa Liqasının 4 yarımfinalçısının növbəti mövsüm Çempionlar Liqasında oynamasıdır.

Xəbər 841 dəfə oxundu.