“Sumqayıt” son hazırlığını başa vurub
Bu gün “Bakı” Futbol Klubunun təlim-məşq bazasında yerli komanda ilə ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində üz-üzə gələcək “Sumqayıt” son hazırlığını başa vurub. Rəqib meydanında məşqə çıxan “kimyaçılar”ın heyətində itkilər yer alır.

Uğur Pamuk, Murat Doymuş, Aftandil Hacıyev və Elçin Sadıqov zədə səbəbindən bu qarşılaşmada yer almayacaq. “Portu”nun düşərgəsindən qayıdan Orxan Əliyev artıq komanda ilə birlikdədir. Həmçinin AZAL-la oyunda iştirak etməyən Ceyhun Sultanov da Bernhard Raabın sərəncamındadır. Əvəzedici komandadan Əbülfət Abbasov, Aydın Qasımov və Yevgeni Jukov da Bakıya gətirilib.

Qeyd edək ki, “Bakı” – “Sumqayıt” oyunu saat 13:15-də start götürəcək.

Xəbər 860 dəfə oxundu.