Azərbaycan kubokunun 1/8 final oyunlarına təyinatlar açıqlanıb
Azərbaycan kubokunun 1/8 final oyunlarına təyinatlar açıqlanıb. Bu gün baş tutacaq qarşılaşmaların ədalət təmsilçiləri müəyyənləşib. Günün ən maraqlı matçı sayılan AZAL - “Simurq” oyunu FİFA referisi Vüsal Əliyevə tapşırılıb. O, AZAL Arenadakı görüşü idarə edəcək.

28 noyabr (çərşənbə)

13:00. “Turan” – “Xəzər Lənkəran”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Namiq Hüseynov, Orxan Məmmədov
Tovuz şəhər stadionu

13:00. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Mehman Mahmudov, Ramiz Məhərrəmov
Gəncə şəhər stadionu

13:00. “Tərəqqi” – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, İsgəndər Əliyev, Vüsal Qənbərov, Elgün Hüseynov
İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionu

13:15. “Bakı” – “Sumqayıt”
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Ramiz Əsədov, Əmrah İbrahimov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

13:30. “Qəbələ” – “Qaradağ Lökbatan”
Hakimlər: Elvin Əsgərov, Elşən Acalov, Rasim Əhmədov, Camaləddin Hacıyev
Qəbələ şəhər stadionu

17:45. AZAL – “Simurq”
Hakimlər: Vüsal Əiyev, Rahil Ramazanov, Coşqun Həsənov, Anar Göyçayski
AZAL Arena

18:00. MOİK – “İnter”
Hakimlər: Elçin Məmmədov, Cavanşir Yusifov, Elşən Məmmədov, Ömər Paşayev
“Şəfa” stadionu

18:00. “Rəvan” – “Neftçala”
Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Roman Vasilyev, Teymur Fərhadov
Bayıl Arena

pfl.az

Xəbər 949 dəfə oxundu.