Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçiriləcək
Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçiriləcək. “Xəzər Lənkəran” səfərdə Tovuzun “Turan” komandası ilə üz-üzə gələcək.

“Xəzər Lənkəran” tarixinin ilk rəsmi matçını məhz Tovuz təmsilçisinə qarşı səfərdə keçirib. Lakin 2004-cü ildəki həmin matç çempionat çərçivəsində olub və Tovuzda deyil Qazaxda baş tutub. 8 il əvvəlki matç 1:1 hesabı ilə başa çatıb. Bundan sonra rəqiblər daha 16 dəfə görüşsə də, heç vaxt kubokda üzləşməyiblər.

İlk kubok duelinə kimi baş tutan 17 qarşılaşmada aşkar üstünlük “Xəzər Lənkəran”ın tərəfindədir. 12 qələbəsi olan komanda 3 dəfə heç-heçə ilə kifayətlənib. Tovuzlular isə cəmi 2 qələbəyə seviniblər. Top fərqində isə bu üstünlük 3 qatdır – 30:10.

“Xəzər Lənkəran” ardıcıl 12 oyundur ki, “Turan”la matçları qolsuz tərk etmir. “Ağ-yaşıllar”ın qol vurmadığı son qarşılaşma 6 il 2 ay əvvələ, 2006-cı il sentyabrın 23-nə təsadüf edib.

2004/05 07.08.2004 çempionat s 1:1
2004/05 06.04.2005 çempionat e 1:0
2005/06 11.12.2005 çempionat s 0:1
2005/06 14.05.2006 çempionat e 1:0
2006/07 23.09.2006 çempionat e 0:0
2006/07 12.05.2007 çempionat s 3:2
2007/08 16.09.2007 çempionat e 2:0
2007/08 27.04.2008 çempionat s 4:0
2008/09 13.09.2008 çempionat e 5:0
2008/09 21.02.2009 çempionat s 1:0
2009/10 12.09.2009 çempionat e 1:1
2009/10 13.12.2009 çempionat s 2:1
2010/11 23.10.2010 çempionat e 2:0
2010/11 04.12.2010 çempionat s 2:1
2011/12 20.08.2011 çempionat e 3:1
2011/12 07.03.2012 çempionat s 1:0
2012/13 29.09.2012 çempionat s 1:2

lankaranfc.com

Xəbər 856 dəfə oxundu.