«İqtisadçı» Çempionlar Liqasının iştirakçısını məğlub etdi
Bu gün qadın voleybolçuların Super Liqasında V turun görüşlərinə start verilib. İdman.com.az xəbər verir ki, ilk oyun günündə «İqtisadçı» klubu Çempionlar Liqasının iştirakçısı «Lokomotiv»lə qarşılaşıb. Matçın asan keçməyəcəyi əvvəlcədən gözlənilirdi.

Amma «tələbələr»in qalib gəlməsinə az adam inanırdı. Gərgin mübarizədə «İqtisadçı» güclü rəqibini üstələyərək, yarış cədvəlində liderliyini davam etdirib – 3:1 (25:22, 17:25, 25:10, 25:20). Bu qələbə sayəsində universitet təmsilçisi xalını 12-yə yüksəldib.

Xəbər 1162 dəfə oxundu.