“İdman Oskarı” adlandırılan “Laureus” mükafatına namizədlərin adları açıqlanıb
“İdman Oskarı” adlandırılan “Laureus” mükafatına namizədlərin adları açıqlanıb. Təşkilat Komitəsi 16 futbolçunu namizədlər sırasına salıb.
“Laureus” dünyanın iki ən yaxşı futbolçusu “Barselona”lı Lionel Messi və “Real”ın futbolçusu Kriştiano Ronaldonu yenidən üz-üzə gətirir. İki ulduz futbolçu ən yaxşı adı uğrunda Usayn Bolt, LeBron Ceyms və Mixael Felps kimi dünya şöhrətli idmançılarla mübarizə aparmalı olacaq.
Qalib 2013-cü ilin 13 martında Braziliyanın Rio de Janeyro şəhərində mükafatlandırılacaq.
Kriştiano Ronaldo (futbol), Lionel Messi (futbol), Usayn Bolt (atletika), Mixael Felps (üzgüçülük), Mo Farah (atletika), LeBron Ceyms (basketbol), Bradley Viqqins (velosiped), David Boudia (trampltnlə hündürlüyə tullanma), Lin Dan (badminton), Robert Hartinq (disk atma), Kris Hoy (velosiped), Teddi Riner (cüdo), Rori MakIlroy (qolf), Sebastian Vettel (Formula 1), Sebastian Loeb (ralli), Kumar Sanqakkara (kriket).

Xəbər 976 dəfə oxundu.