“Qəbələ” 7-ci dəfə Azərbaycan kubokunda mübarizə aparacaq
“Qəbələ” tarixində 7-ci dəfə Azərbaycan kubokunda mübarizəyə başlayacaq. Komanda I divizionun liderlərindən olan “Qaradağ-Lökbatan”ı qəbul edəcək.

Yarandığı 2005-ci ildə birinci dəstə təmsilçisi kimi kuboka qatılan qəbələlilər indiyədək 6 mövsüm bu yarışda çıxış edib. 2 dəfə yarımfinal, 2 dəfə ¼ finaladək irəliləyən “Qəbələ” cəmi 2 dəfə 1/8 finalda dayanıb. Ümumilikdə isə bu turnirlərdə 30 matç keçirən komanda 15-ci – yubiley qələbəsinin astanasındadır.

Xəbər 887 dəfə oxundu.