“Neftçi”nin rəqibinin qələbə seriyası qırılıb
“Neftçi”nin Avroliqada bir qrupda yer aldığı “Rubin”in qələbə seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, Kurban Berdıyevin yetirmələri XVII turda “Volqa” ilə səfər oyununu qolsuz bərabərliklə bitirib. Bununla belə, 31 xalı olan rəqibimiz turnir cədvəlində 4-cü pillədə yerini qoruya bilib.

Qeyd edək ki, “Rubin” “Neftçi” ilə hər 2 oyunda 1:0 hesabı ilə qalib gəlib.

Xəbər 902 dəfə oxundu.