“Omiçka” - “Bakı-Azəryol” oyununu idarə edəcək hakimlər məlum olub
Qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsində “Omiçka” (Rusiya) - “Bakı-Azəryol” (Azərbaycan) oyununu idarə edəcək hakimlər məlum olub. Dekabrın 6-da baş tutacaq matçda əsas referi funksiyasını Juhani Kaynulaynen (Finlandiya) yerinə yetirəcək.

Ona köməklik etmək isə türkiyəli Saadettin Deneriyə tapşırılıb.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Xəbər 871 dəfə oxundu.