“Partizan” son turda darmadağın edib
“Neftçi”nin Avroliqanın qrup mərhələsində son rəqibi olan “Partizan” Serbiya çempionatının son turunda darmadağına imza atıb. Belqrad təmsilçisi XIV turda evdə “Smederevo”ya 4:0 hesabı ilə məğlub edib. “Neftçi”ni qələbədən məhrum edən Aleksandar Mitroviç bu dəfə də qol vurub. O, 31-ci dəqiqədə fərqlənib. Nemayna Tomiç 29 və 49-cu dəqiqələrdə vurduğu qollarla dubl edib. Matçda son nöqtəni 87-ci dəqiqədə Milan Smilyaniç qoyub.

Qeyd edək ki, “Partizan” 14 oyundan sonra 36 xalla vahid liderdir.

Xəbər 804 dəfə oxundu.